“Bavariya”nın forvardı Mario Mandzukiç və baş məşqçisi Xosep Qvardiola arasında mübahisə olub. Futbolinfo.az xəbər verir ki, məhz bu səbəbdən də hücumçu Münhenqladbax səfərinə aparılmayıb.
 
Zədəsini yenicə sağaldan futbolçu “Borussiya” ilə oyunda iştirak etməli idi. Lakin hücumçununyaxşı formada olmaması Pepi fikrindən daşındırıb. Çalışdırıcı ilə Mario arasında konflikt futbolçunun pis forması və oynamaq istəməsindən yaranıb.
İddialara görə, xorvat futbolçu bu hərəkətiylə Robert Levandovskinin alınmasına münasibət bildirib.
Shares: