“Bakı”nın yarımmüdafiəçisi Risto Ristoviçin futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıqlar necə keçdi?
– Hər şey yaxşı oldu. İspaniyada lazımınca hazırlaşa bildik. Yoxlama oyunları da keçirdik. Düşünürəm ki, hər şey əla oldu.
 
– “Bakı”nı çempionata hazır sayırsız?
– Biz çempionata hazırıq. Çempionatda da necə olacağını görəcəyik. Komandamız uğurlu nəticələr qazanacaq. Buna hər kəsin inamı var.
 
– Birinci dövrədən fərqli nələr görə biləcəyik?
– Birinci dövrədə elə də yaxşı oynamadıq. Amma ikinci dörvrədə fərqli çıxış edəcəyimizə ümid edirəm. Yaxşı nəticə qazanmaqla özümüzü sübut etməliyik.
 
– Çempionluq üçün oynayacqsız?
– Bunu qarşıda görəcəyik. Hələ heç nə demək olmaz. Amma bütün hazırlıqlarımızı çempionluq üçün görmüşük.
 
– Komandaya yeni transfer olmadı. Bu, sizə pis təsir edə bilər?
– Bu, mənim işim deyil. Amma inanmıram ki, nəsə təsiri olsun. Bizim komanda belə də güclüdü.
 
– Amma Milinko Pantiçi transfer etmədiyinə görə qınayanlar oldu…
– Siz İspaniyadakı yoldaşlıq oyunlarına baxdınız? Biz həmin oyunlarda necə çıxış etdik? Bunu çempionatda da edə bilsək, çox yaxşı olacaq.
 
– Hazırda istirahətdəsiz?
– İndi istirahət edəcəyik. Sabahdan məşqlərə başlayıb, çempionatın ikinci mərhələsinin ilk oyununda qələbə qazanmağa çalışacağıq.
 
ELSEVƏR
Shares: