Dortmund “Borussiya”sının zədə sindromu Bundesliqanın ikinci dövrəsində də davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, ikinci dövrənin ilk matçında Yakub Blaşikovski xəsarət alıb.
“Auqsburq”la qarşılaşmada zədə alan futbolçu oyunu yarımçıq tərk etmək məcburiyyətində qalıb. Yarımmüdafiəçinin diz bağlarının qopduğu ehtimal edilir. Proqnozlar doğrulsa, Yakub uzun müddət komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, Yurgen Klopp hazırda zədəli Mats Hummels, Neven Subotiç və İlkay Gündoğanın da xidmətindən yararlana bilmir.





