2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 21-ci gününü 2 məşqlə yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb. Zədəli olan Ebesilio və Omar Kalabane məşqlərdə iştirak etməyib.
Xatırladaq ki, "Qəbələ" bu gün səhər saatlarında Antalya toplanışı çərçivəsində son məşqini keçirəcək. Axşam saatlarında isə "qırmızı-qaralar" vətənə dönəcək.





