“Bavariya”da baş məşqçi Xosep Qvardiola ilə hücumçu Mario Mandzukiç arasındakı münasibətlərin gərginləşməsi oyunçunun komandadan ayrılması ilə nəticələnə bilər. Futbolinfo.az xəbər verir ki, bu xəbərdən sonra “Barselona” və “Yuventus” xorvatiyalı ilə ciddi şəkildə maraqlanmağa başlayıb.
İtalyanların onsuz da Marioya olan marağı məlum idi. Lakin yarışa “Barsa”nın da qoşulması situasiyanı daha da qəlizləşdirib. Katalonlar hücumda ucaboy forvarda ehtiyac duyduğu üçün Mandzukiçi transfer etmək niyyətindədi.
Qeyd edək ki, Qvardiola daha öncə “Barselona”da çalışarkən də Zlatan İbrahimoviçlə yaşadığı konfliktdən sonra hücumçunu “Milan”a satmışdı.





