İngiltərənin "Arsenal" klubunun skautları bu gün Almaniyay yollanıblar. Futbolinfo.az xəbər verir ki, onların məqsədi bir müddətdi hədəflərində olan “Şalke"nin yarımmüdafiəçisi Yulian Draksleri yaxından izləmək və keçidi ilə bağlı danışıqlar aparmaqdı. Londonluların Helzenkirhenə yollanması barədə İngiltərə mətbuatı xəbər yayıb.
 
“Topçular”ın baş məşqçisi Arsen Venger gənc futbolçuya görə qarşı tərəfə maksimum 36 milyon avro ödəməyə hazır olduqlarını bildirib. "Şalke" isə Drakslerlə 5 illik müqaviləni əsas gətirərək onu 45 milyon funta satmaq istəyir.
 
Yeri gəlmişkən, “Arsenal”ın  nümayəndələri daha sonra Frankfurta da gedəcəklər. Burada onlar "Ayntraxt"ın müdafiəçisi Sebstyan Yunqun keçidini həll etməyə çalışacaqlar.
Shares: