Futbol üzrə İspaniya Sequndasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun şərəfini qoruduğu “Real Mursiya” doğma meydanda “Malyorka”nı qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, meydanda 85 dəqiqə mübarizə aparmış İsrafilov 75-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Hazırda “Real Mursiya” 30 xalla 13-cü pillədə qərarlaşıb.





