"Mançester Yunayted"in yeni ulduzu Xuan Matanın geyəcəyi formanın nömrəsi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ispan yarımmüdfiəçi komandada xüsusi çəkisi olan 7 nömrəli maykanın məsuliyyətini daşıyacaq. Klub tarixinin ən bahalı transferi olan Mata bu formanı özü istəyib.
Qeyd edək ki, bu nömrəli forma ilə mankunyanların Brayan Robson, Erik Kantona, Devid Bekhem və Kriştianu Ronaldo kimi ulduzları çıxış edib.
Onu son olaraq ötən mövsüm hazırda 25 nömrə ilə çıxış edən Antonio Valensiya geyib.





