Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan "Rəvan” Antalya toplanışını başa vurub. Futbolinfo.az xəbər verir ki, "aslanlar" bu gün Bakıya dönüb.
 
3-cü dövrənin ilk turu çərçivəsində "Bakı” ilə fevralın 2-də qarşılaşacaq "Rəvan” sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər "Bayıl Arena”da keçiriləcək.
 
Qeyd edək ki, "Rəvan” qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirdi. İlk oyunda "Sumqayıt” ilə heç-heçə (0:0) etdikdən sonra komanda qalan bütün matçları qalib başa vurdu: "Araz Naxçıvan” (1:0), "Uniao”, Braziliya (2:1), "Universitatya Krayova”, Rumıniya (1:0). Xorvatiya elitasının təmsilçisi "Split”ə qarşı oyun isə əlverişsiz hava şəraitinə görə baş tutmadı.
Shares: