İtaliya Futbol Federasiyası ötən il ərzində ölkədə çıxış edən ən yaxşı futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, "Yuventus"un maestrosu Andrea Pirlo ardıcıl 2-ci dəfə ilin ən yaxşısı olub. Ən yaxşı məşqçi nominasiyasında da elə “Yuve”nin çalışdırıcısı Antonio Konte qalib çıxıb.
 
"Sassuolo"nnun forvardı Berardi isə B seriyasının ən yaxşı gənc futbolçusu mükafatını alıb. Çempionlar liqasının finalını idarə edən Nikola Rissoli ilin hakimi, Melaniya Qabbyadini isə ilin ən yaxşı qadın futbolçusu adına layiq görülüb.
 
İlin rəmzi yığması aşağıdakı kimi formalaşıb:
 
Qapıçı: Samir Handanoviç (İnter).
Müdafiəçilər: Kristian Maggio (Napoli), Andrea Barzaqli (Yuventus), Giorgio Kellini (Yuventus), Mattia De Skiqlio (Milan).
Yarımmüdafiəçilər: Arturo Vidal (Yuventus), Andrea Pirlo (Yuventus), Borja Valero (Fiorentina).
Hücumçular: Edinson Kavani (Napoli), Antonio Di Natale (Udineze), Mario Balotelli (Milan).
Shares: