Futbol üzrə Azərbaycan milli komandasının 1-5 mart tarixləri aralığında təlim-məşq toplanışı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, artıq bu barədə ilk rəsmi xəbərlər də yayılıb.
Belə ki, Peşəkar Futbol Liqası bu gün yaydığı məlumatda məhz millinin bu toplanışına görə Topaz Premyer Liqasının təqvimində dəyişikliyə əl atıldığını yayıb.
"Millinin bu toplanışını və 5 mart tarixində keçiriləcək yoldaşlıq görüşünü nəzərə alaraq, Topaz Premyer Liqasının təqvimində aşağıdakı dəyişikliklər edilib:
1. 21-ci turun “Bakı” – “Neftçi” oyunu 16 fevral tarixindən 15 fevral 2014-cü il tarixinə keçirilib.
2. 22-ci turun bütün görüşləri 19 fevral, 23-cü turun bütün görüşləri 23 fevral, 24-cü turun bütün görüşləri isə 28 fevral tarixinə keçirilib.





