İngiltərənin "Nyukasl" klubunun futbolçusu Yohan Kabay PSJ-yə transfer olunub. Hələ ki, bu keçid rəsmən açıqlanmasa da, tərəflərin razılıq əldə etdiyi bildirilir.
 
Futbolinfo.az xəbər verir ki, Paris klubu yarımmüdafiəçinin transferi üçün Premyer Liqa təmsilçisinə 20 milyon funt ödəyib. Fransız oyunçu qarşıdakı günlərdə tibbi müayinədən keçərək rəsmi müqavilə imzalayacaq. Bununla da PSJ bu il ilk transferini gerçəkləşdirəcək.
 
Qeyd  edək ki, “Nyukasl” PSJ-nin ayın əvvəlindəki analoji təklifini rədd etmişdi.
Shares: