Fransa millisinin “Bavariya”nın aparıcı üzvü Frank Riberi yığmasının və özünün DÇ-2014-dəki şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi bu dünya çempionatının onun üçün sonuncu ola biləcəyini deməklə azarkeşləri təəccübləndirib:
“Fransa xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik. Dünya çempionatını səbirsizliklə gözləyirəm. Bu, mənim üçün sonuncu böyük turnir ola bilər. Ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Ən çətin qrupda olmasaqda, heç bir rəqibimizi zəif hesab etməməliyik. İlk turu keçməyimiz mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, Riberinin 30 yaşı var.





