"Bakı"nın icracı direktoru Yaşar Seyidov Kamran Ağayevin durumuna münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında klub rəsmisi bunları söyləyib:
"Kamran Ağayevin transferə çıxarılmasının səbəbini biz də, özü də çox yaxşı bilir. Hər hansı bir futbolçunun əvəzedici heyətə göndərilməsini faciə olaraq qəbul etmək lazım deyil. Özünüz də yaxşı bilirsiz ki, dünya praktikasında belə hallar çox olub. Bizim bəlamız ondadı ki, bu məsələni faciəyə çeviririk. Futbolçu buraxdığı səhvləri, əvəzedici heyətdə çıxış etməklə başa düşür və yenidən əsas komandaya qayıtmaq üçün çalışır. Özü də yaxşı başa düşür ki, bir də belə səhvlərə yol vermək lazım deyil. Ümumiyyətlə, hər bir insanın hansı səhvi etdiyini özündən yaxşı bilən yoxdu. Bunu səhv də adlandırmaq düzgün deyil. Ancaq müəyyən bir peşəkarlıq var. Bunun üçün də belə məsələlər öz həllini tapmalıdı ki, gələcəkdə belə hadisələr bir də baş verməsin".
Shares: