Yanvar ayının 5-dən etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verən “Xəzər Lənkəran” bu gün keçirdiyi səhər məşqi ilə toplanışa yekun vurub. Futbolinfo.az xəbər verir ki, komanda sabah səhər saatlarında məskunlaşdığı “Ela Quality Resort” otelini tərk edərək Antalya-İstanbul-Bakı aviareysi ilə vətənə yola düşəcək.
 
Bakıda “Modern” otelində toplaşacaq komanda istirahət etmədən fevral ayının 1-də “Qarabağ”la Premyer Liqa matçının hazırlığına start verəcək.
Shares: