Heyətində futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun da yer aldığı Kazan “Rubin”i bu gün qış fasiləsi dövründə ikinci təlim-məşq toplanışına yollanır. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, Rusiya təmsilçisi bu dəfə İspaniyanın Estepona şəhərciyində hazırlıq keçəcək.
"Rubin"in İspaniyadakı hazırlıq prosesi fevralın 12-dək davam edəcək. Həmyerlimizin komandası burada ayın 5, 8 və 11-də üç yoxlama oyunu keçirməyi nəzərdə tutub. Hazırda həmin rəqiblərdən yalnız biri məlumdu. Kazan təmsilçisi fevralın 5-də Rumıniyanın ÇFR (Kluj) komandası ilə qarşılaşacaq.





