Madrid "Real"ı “Barselona”nın Neymar transferində irəli sürdüyü ittihamla razılaşmır. Futbolinfo.az xəbər verir ki, Kral Klubu əzəli rəqiblərinin prezidenti Xosep Bartomeunun sözügedən qalmaqalda “Real”ın əli var” ifadəsini şər adlandırıb.
 
Məsələ ilə bağlı komandanın saytında rəsmi açıqlama yayınlanıb və qarşı tərəfion üzr istəməsini tələb edilib: "Bu, "Barselona"nın klub üzvünün iddia ərizəsinə əsasən baş verib. Neymarın transferinin məhkəməyə qədər getməsində Perezi günahlandırmaq tamamilə yanlışdır.Klub prezidenti həmin jurnalistdən tez bir zamanda bu iddiaları düzəltməsini tələb edir. Əks təqdirdə Perez adını, şərəfini qorumaq üçün məhkəməyə üz tutacaq".
Shares: