Futbol üzrə Tacikistan yığmasının hücumçusu Axtam Xamrokulovun AZAL-a keçidi öz ölkəsində də böyük diqqət mərkəzindədi. Futbolinfo.az xəbər verir ki, onun paytaxt klubuna transferini artıq Tacikistan Futbol Federasiyasının rəsmi saytı da işıqlandırıb.
Qeyd edək ki, Xamrakulov AZAL-la iki il yarımlıq müqavilə bağlayıb. Son üç mövsümü “Reqar-TadAZ” komandasında keçirmiş Xamrokulov AZAL-ın toplanışlarında iştirakdan sonra bəyənilib. Topalnış çərçivəsində beş oyunda forma geymiş tacik futbolçu bir oyunda het-trikə, digər oyunda isə “dubla” imza atıb. Futbolçu yeni komandasında 22 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Axmat Xamrokulov Kurqan-Tyubinsk futbol məktəbinin yetirməsidi. Futbolçu 2005-ci ildə “Vaxş”ın heyətində 11 qol vuraraq Tacikistan çempionatının bombardiri olub. Xamrokulov “Safarbek Karimov” (Xurosan), “Maşal” (Özbəkistan), "Reqar-TadAZ” komandalarında top qovub. Tacikistan yığmasının heyətində 9 oyun keçirib və üç qol vurub.





