"Qəbələ"nin sabiq futbolçusu Şəhriyar Xəlilov "Sumqayıt"la müqavilə imzalıyır. Bu barədə futbolinfo.az saytına futbolçunun özü məlumat verib.
 
Bir müddət öncə "Qəbələ"dən ayrılaraq "Sumqayıt"ın düşərgəsinə yollanan Xəlilov artıq gənclər şəhərinin təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşır. Xəlilov saytımıza açıqlamasında "kimyaçılar"la anlaşmasına münasibət bildirib:
 
"Qəbələ"dən transfer vərəqəmi götürmüşəm. "Sumqayıt"la razılaşdıq. Bundan sonra "Sumqayıt"ın uğurları üçün çalışacam. Düzdü, hazırda turnir cədvəlində ürəkaçan yerdə deyilik. Ancaq bundan sonra çalışacağıq ki, həmin pillədən qurtulaq. "Qəbələ"dən ayrılmağıma səbəb isə Yuri Symonin mənə etimad göstərməməsi oldu. Onun fikirinə də hörmətlə yanaşıram".
 
Qeyd edək ki, Xəlilov "Qəbələ" ilə yanaşı "Qarabağ", "Turan", “Xəzər Lənkəran" kimi komandalarda çıxış edib.
Shares: