Azərbaycan 1-ci divizionunda mübarizə aparan "Qaradağ Lökbatan" Gürcüstanda təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, aşağı dəstə təmsilçisi adıçəkilən ölkədə yoxlama görüşü də keçirib.
Adil Mahmudovun komandası Tiflis"Dinamo"su ilə qüvvəsini sınayıb. "Qaradağ Lökbatan" Ramil Nuriyev və Rüfət Məmmədovun qolları ilə qələbəni bayram edib. Qarşılaşma Tiflis təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Qaradağ Lökbatan" 15 oyundan aktivinə 36 xal yazaraq lider "Araz Naxçıvan"dan 4 xal geri qalır.





