İtaliyanın "Milan" klubunun hücumçusu Mario Balotelli maraqlı açıqlama ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, italiyalı əsas məqsədinin "Qızıl top"u qazanmaq olmadığını bildirib:
 
"Əlbəttə, "Qızıl Top"u qazanmaq hər bir futbolçunun arzusudu. Ancaq bu mənim üçün vacib deyil. Mən daha çox özüm yox, komandam haqda düşünürəm. Bir oyunda mən yox, komanda qalib gəlir. Həmçinin məğlubiyyət də kollektivin adına yazılır. Ona görə də əsas məqsədim komandamla uğur qazanmaqdır. Məncə, Messi və Ronaldo da belə edirlər".
 
Qeyd edək ki, son günlər Eden Hazard (Çelsi) və Xese Rodriqes (Real) kimi futbolçular məqsədlərinin “Qızıl Top”u qazanmaq olduğunu bildirmişdi.
Shares: