Bu mövsüm qış fasiləsinə kimi icarə əsasında “Sumqayıt”da oynayan, lakin müqavilə ilə “Bakı”ya məxsus olan Nurlan Novruzovun Türkiyə PTT 1-ci liqasında oynaya biləcəyi haqqında məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, Novruzov hətta bütün şərtlərlə qardaş ölkə klubu ilə razılaşıb, müqaviləyə imza atmalı idi.
 
Nurlan bir müddət "Fəthiyəspor"un düşərgəsində olmasına baxmaraq, hələ də müqaviləyə imza atmayıb. Buna səbəb isə "Bakı"nın Novruzovun transfer vərəqəsini gecikdirməsi olub. O, bunun üçün Bakıya qayıtmaq məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, artıq futbolçu transfer vərəqəsini götürərək yenidən Türkiyəyə yollanıb. Novruzov yaxın günlərdə "Fəthiyəspor"la rəsmi müqavilə bağlayacaq.
Shares: