Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov yenidən Latviyaya üz tutub. Futbolinfo.az xəbər verir ki, o, müalicəsini Latviyada davam etdirəcək.
2-ci dövrənin sonlarında "Sumqayıt"dan ayrılaraq klubsuz qalan Əsgərov bir müddət sonra AZAL-ın düşərgəsidə peyda oldu. Ancaq elə çıxdığı ilk məşqdə yıxılaraq çiynindən zədə alan futbolçu əməliyyata məruz qalmışdı. Əldə etdiyimiz məlumata görə, Əsgərov müalicəsini Latviyada davam etdirəcək. Müalicəsini başa vurduqdan sonra isə yenidən Azərbaycana qayıdacaq.
Qeyd edək ki, AZAL-ın baş məşqçisi Vaqif Sadıqov saytımıza verdiyi açıqlamada Vüqarın xidmətindən maraqlı olduğunu gizlətməmişdi. Sadıqov hətta Əsgərovun müalicəsini başa vurduqdan sonra yenidən "təyyarəçilər"in düşərgəsində peyda olacağını bildirmişdi.





