“Qalatasaray”ın stopper axtarışları davam edir. Futbolinfo.az xəbər verir ki, İtaliya və Türkiyə mətbuatı bu dəfə də “sarı-qırmızılar”ın "İnter"dən oyunçu almaq fikrinə düşdüyünü yazıb.
“Neradzurra”nın müdafiəçisi Andrea Ranokkiya “Cim-Bom”un maraq dairəsinə düşüb. Stopper mövsümün ikinci hissəsini "Qalatasaray"da keçirə bilər. "Sky İtalia"nın verdiyi xəbərə görə, Türkiyə klubu artıq qarşı tərəflə danışıqlara başlayıb. Danışıqların müsbət nəticələnməsi ehtimalı böyükdü.
"Qalatasaray"ın prezidenti Ünal Aysal da məsələyə münasibət bildirib: "Amrabat, Riyera, Bruma və Daninin gedişindən sonra legioner limitimiz açılıb. Baş məşqçimiz mərkəz müdafiəçisi istəyir. Heytinqa və Rodolfonun keçidində problem çıxdı. "İnter"dən Ranokkiya ilə maraqlanırıq. Futbolçu və klubla görüşürük. Son anda problem çıxmasa, onu icarəyə götürəcəyik".





