Ötən gün Plovdiv "Lokomotiv"in futbolçusunun Azərbaycana gələcəyi ilə bağlı xəbərlər yayılmışdı. Futbolinfo.az xəbər verir ki, Belaid Ticaninin Premyer Liqaya mümkün gəlişi haqda komandasının baş məşqçisi Aleksandr Stankov Bolqarıstan mətbuatına danışıb.
Stankov bu transferin gündəmdə olmadığını bildirib: "Hazırda qeyd olunan məsələylə bağlı heç nə yoxdu. Azərbaycan klublarından Ticani üçün bizə heç bir təklif daxil olmayıb. Bu haqda xəbərlər yayılıb, amma konkret olaraq bir şey yoxdu. Mətbuatda da bu barədə xəbərlər yayılıb. Ancaq bunlar boş söhbətlərdi".
Qeyd edək ki, Ticaninin adı "Bakı" ilə birgə hallanır.





