Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter"in direkrotu Natiq Məmmədov Uşaq-Gənclər Futbol Məktəbinin məşqçi heyətilə görüş keçirib. Futbolinfo.az xəbər verir ki, uşaq futbolunun inkişafının klubun prioritet vəzifələrindən biri olduğunu xüsusi vurğulayan Məmmədov rəhbərlik tərəfindən bundan sonra da məktəbə dəstək veriləcəyini bildirib.
Komandanın direktoru müxtəlif yaş qruplarında çalışan məşqçilərə tövsiyə və tapşırıqlarını verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
UGFM-nin inkişaf layihəsi üzrə meneceri Valentin Xodukin rəhbərliyin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib və görüləcək işlər barədə qısa məlumat verib.
Sonra görüşdə bir sıra cari məsələlər müzakirə olunub.





