“Bakı”nın yarımmüdafiəçisi Juninyonun (Vilson Xavyer Junior) futbolinfo.az saytına müsahibəsi
– İspaniya toplanışından razı qaldınız?
– Hazırlıq yüksək səviyyədə keçdi. İspaniyada gözəl hava var idi. Orada məşq etmək, yaxşı hazırlaşmaq üçün bizə əla şərait yaradılmışdı. Biz də bundan maksimum yararlanmağa çalışdıq.
– “Bakı” çempionatın qalan hissəsinə hazırdı?
– Bu mövsüm çempionat həddindən artıq maraqlı keçir. Bütün komandalar yaxşı oyun göstərirlər. Çempionatın ikinci yarısı da belə olacaq. Maraqlı turlar keçəcək. “Bakı”nın da nə dərəcdə hazır olduğunu qarşıdakı oyunlar göstərəcək.
– Komandanız yeni transferlərə ehtiyac duymadı. Bu, çıxışınıza təsir etməyəcək?
– Bu, mənim işim deyil. Bunu klub rəhbərliyindən və baş məşqçimizdən soruşun.
– Bu, mənim işim deyil. Bunu klub rəhbərliyindən və baş məşqçimizdən soruşun.
– “Bakı”nın çempionatın ilk yarısında olan problemləri aradan qalxıb?
– Düşünürəm ki, artıq heç bir problem yoxdu. Hamı bizim hücum xəttində problem yaşadığımızı deyirdi. Amma bizim hücum xəttində Rauf Əliyev, Marius Pena kimi futbolçularımız var.
– Liderdən 9 xal gerirdəsiniz…
– Düzdü. Amma çempionatın ikinci yarısında biz sürpriz edib ən azı ilk 3 yerdən birini tutmalıyıq.
– Kamran Ağayev və Mindauqas Kolonas komandanı tərk etdi. Onların transferə çıxarılmasını necə qarşıladınız?
– Mən onlar barədə nə deyə bilərəm? Bu qərarı baş məşqçimiz verib. Hər kəs klubdan verilən qərarlara hörmətlə yanaşmalıdı.
– Amma hər iki futbolçunun gedişi “Bakı” üçün ciddi itki sayılır…
– Düzdü, ikisi də əla futbolçular idi. Amma “Bakı” nə Kamrandan, nə də Kalonasdan asılıdı.
– Premyer Liqanın ikinci hissəsində ilk oyununuz “Rəvan”a qarşı olacaq. Qalib gələ biləcəksiz?
– Çətin oyun olacaq. Çünki uzun fasilədən sonra ilk matçımıza çıxacağıq. “Rəvan” da yaxşı komandadı, çempionata yaxşı hazırlaşıb. Amma doğma meydanda oynayacağıq. Buna görə də mütləq 3 xal qazanmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
ELSEVƏR





