İtaliya A Seriyasında növbəti baş məqşçi dəyişikliyi yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Sassuolo” rəhbərliyi baş məşqçilik postuna Alberto Malezanini gətirib. Bu barədə klubun rəsmi saytı məlumat verib.
 
Malezani burada Eysebio Di Françeskonu əvəz edib. Cari mövsüm çətin günlər keçirən “Sassuolo” hazırda A Seriyasının 18-ci pilləsində qərarlaşıb.
 
Qeyd edək ki, Malezaninin son komandası “Palermo” olmuşdu.
Shares: