"Yuventus" "Sauthemton"da çıxış edən italyan forvard Pablo Osvaldonu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi buna görə artıq Premyer Liqa klubuna rəsmi təklif göndərib. İtaliya nəhəngi futbolçunu mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır.
 
Məlumatda bildirilir ki, İtaliya millisinin də şərəfini qoruyan Osvaldo məşqdə komanda yoldaşı Joze Fonte ilə mübahisə etdiyi üçün 2 həftəlik əsas komandadan uzaqlaşdırılıb.
 
İngiltərədə yaxşı günlər keçirməyən Osvaldo özü də İtaliyaya qayıtmaq istəyir.
Shares: