Türkiyə Kubokunun son turunda “Elazığspor”u qəbul edən “Qalatasaray” ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın ulduz futbolçusu Didye Droqba sıradan çıxıb.
 
Təcrübəli futbolçu birinci hissəsinin sonlarına yaxın xəsarət alıb. 35 yaşlı hücumçu ikinci hissədə meydana çıxa bilməyib və Felipe Melo ilə əvəzlənib. Droqbanın nə qədər müddətə komandasına kömək edə biməyəcəyi tibbi müayinədən sonra bəlli olacaq.
Shares: