"Mançester Yunayted" qış transfer dönəminin bitməsinə az qalmış heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klubu "Portu"nun futbolçusu Fernandonu hədəfə alıb.
 
Məlumatda bildirilir ki, "Yuventus"un Arturo Vidalı "qırmızı şeytanlar"a verməməsindən sonra ingilislər Portuqaliyaya üz tutublar.
 
Liuqa Saqres klubu isə Fernandonu satmaq niyyətində deyillər. Ancaq Mançester təmsilçisinin 7 milyon avroluq təklifi vəziyyəti dəyişə bilər. Çünki braziliyalı futbolçunun "Portu" ilə müqaviləsi yayda bitir.
Shares: