Hücum xəttini gücləndirmək istəyən İngiltərə "Arsenal"ı diqqətini İtaliyaya yönəldib. Futbolinfo.az xəbər verir ki, “topçular” “Yuventus”un forvardı Mirko Vuçiniçlə maraqlanır.
İddialara görə, təcrübəli hücumçu sabah Londona gedərək tibbi müayinədən keçəcək. Əgər hər şey qaydasında olarsa, Vuçiniç fevraldan "Arsenal"ın formasını geyinəcək.
"Arsenal"ın "Yuventus"la hansı məbləğə razılığa gəldiyi haqda məlumat verilməyib.





