Türkiyənin “Beşiktaş” klubu amerikalı oyunçu alıb. Futbolinfo.az xəbər verir ki, söhbət “Şalke”nin şərəfin qoruyan Cermeyn Consdan gedir.
32 yaşlı dayaq yarımmüdafiəçisi bu gün İstanbula təşrif buyurub. O, “qara qartal”da mövsümün sonunadək icarə əsasında çıxış edəcək. Bu müddətdə Cons “qara-qartallar”ı qane etsə, onun transfer hüququ da alınacaq.





