Əlcəzairin "Əl Harraş" klubunun şərəfini qoruyan Hişam Belkaruinin "Neftçi"yə keçəcəyi barədə yayılan xəbərlərə klubdan rəsmi açıqlama gəlib. Paytaxt təmsilçisinin vitse-prezidenti Tahir Süleymanov futbolinfo.az saytına verdiyi açıqlamada belə bir transferin gündəmdə olmadığını dilə gətirib:
 
"Biz "Neftçi" klubu olaraq bəyan etmişik ki, qış transfer dönəmində heç bir əcnəbi futbolçu heyətə cəlb etməyəcəyik. Qarşıda "Simurq"la oyun var və komanda buna hazırlaşır. Heç kim "Neftçi"nin adından özünü reklam etməsin. Heç kimi komandaya gətirmək fikrimiz yoxdu. Bildiyiniz kimi, Samir Məsimov bizim komandaya qoşulub. Yenə də qeyd etmək istəyirəm, biz komandaya legioner gətirməyəcəyik və Premyer Liqanın oyununa hazırlaşırıq. Biz Türkiyədə toplanışda olanda da kimlərinsə "Neftçi"yə transfer etmək istədiyi" futbolçular vardı. Ötən mğvsümdə də bu cür hadisələr baş vermişdi".
Shares: