Futzal üzrə Avropa çempionatının final mərhələsində çıxış edən Azərbaycan yığma komandası bu gün C qrupunda ikinci oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Joze Alesionun yetirmələri həlledici qarşılaşmada turnirin əsas favoritlərindən sayılan İtaliya ilə qarşılaşıb.
Qeyd edək ki, İtaliya ilk oyununda Sloveniya ilə qarşılaşmış və 2:3 hesabıyla uduzmuşdu. Yığmamız isə startda sloveniyalılar üzərində 7:6 hesablı fantastik qələbəyə imza atmağa nail olmuşdu. Yığmamıza qrupdan çıxmaq üçün İtaliya komandası ilə hətta heç-heçə sərf etsə də, Azərbaycan həlledici oyunda 0:7 hesabı ilə məğlub olaraq AÇ-ni tərk edib.
Avropa Çempionatı
Qrup mərhələsi
C qrupu
2 fevral
Azərbaycan – İtaliya – 0:7 (0:3)
Qollar: Romano, 2 (0:1), Fortino, 4 (0:2), Onorio, 16 (0:3), Vampeta, 25 (0:4), Qabriel Lima, 27 (0:5), Mammarella, 31 (0:6), Miarelli, 40 (0:7).
Azərbaycan: Buranello, Elnur Zamanov, Felipe, Edu, Rizvan Fərzəliyevв, Elnur Qəmbərov, Rafael, Auqusto, Seymur Məmmədov, Rəcəb Fərəczadə, Amadeu, Maşado Nilson, Vitali Borisov (k), İsa Atayev.
İtaliya: Mammarella, Leqqiero, Merlim, Saad, Qiasson, Miarelli, Erkolessi, Qabriel Lima (k), Romano, Onorio, de Luka, Vampeta, Fortino, Murilo.





