“Dünən rəqibimizin xal itirməsindən maksimum yararlanmalı idik. Komanda oyuna başqa cür hazırlaşmışdı. Məğlub olmağa haqqımız yox idi." Futbolinfo.az xəbər verir ki, bu sözləri "Simurq" qələbəsindən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Daha sonra Hacıyev Mustafa Dənizli və Mirça Rednikdən də danışıb: "Hiss olunurdu ki, komanda hələ tam istədiyimiz formada deyil. İkinci hissədə komanda rəqibi bütün göstəricilərdə üstələdi. Meydanda yalnız bir komanda var idi – “Neftçi”. Əvəzləmələr yerinə düşdü, iki oyunçu 3 qol vurdu. “Neftçi” hazır maşın kimidir, işə sal, get. Bahodır Nasimov iki mövsüm öncə çempionatın ən sərrast futbolçusu olub. Ona inanıram. Bu gün hava qarışıq idi, meydan ağır idi. O, ilk hissədə rəqibi yordu, Nfor isə çıxıb iki qol vurdu. “Xəzər Lənkəran”ın Bakıda “Qarabağ” kimi güclü komandaya qalib gəlməsi bizi növbəti oyuna daha da toparlanmağa vadar edir. Mənim vaxtımda “Neftçi” həmişə qalib gəlib. Mustafa Denizli türk dünyasının görkəmli məşqçilərindəndi, böyük qardaşımızdı. Meydanda kim güclüdürsə, o da qalib gələcək. Redniklə aramızda bir həssalıq var idi, onun “gəmi”sini batırdım. Heyətlə bağlı problemimiz yoxdu, zədəli futbolçuları əvəz edəcək oyunçularımız var. Meydanda can qoyan, dediklərimi edən futbolçu ilə dostam. Oynamayan isə cəzasını alacaq”.





