Topaz Premyer Liqasının 19-cu turunda baş tutan "İnter" – AZAL (2:1) qarşılaşmasından sonra qonaqların baş məşqçisi oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, Vaqif Sadıqov bunları dilə gətirib:

"Məğlub olmağımıza baxmayaraq, bu gün komadam yaxşı oynadı. Oyundan razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. Lakin sonda ustalıq öz sözünü dedi. “İnter” ikinci qolu vuraraq qələbə qazandı".

Shares: