“Yanvarın 12-də mənim e-mail adresimə “Tavşanlı Linyitspor”un rəsmisi Gürkan Kartallın e-mail adresindən 13.01.2014 tarixli 07/231 saylı TKİ “Linyitspor” klubunun firma etiketli kağızında klub müdiri Hasan Kaçmazın imzası ilə sənəd göndərilib. Sənəddə klubun möhürü də var, ancaq möhür o qədər də oxunmur. Mən də "Sumqayıt" klubunun prezidenti Kamran Quliyevlə razılaşdırdığımız kimi, həmin sənədi klubun ofisinə təhvil vermişəm”. Bu sözləri Futbolinfo.az saytına Andrey Popoviçin meneceri Rəsul Şükürsoy deyib. O, qapıçı ilə bağlı yaranan problemin səbəblərini açıqlayıb:
“O sənəddə bildirilir ki, TKİ “Linyitspor” Andrey Popoviçlə müqaviləni qarşılıqlı əsaslarla pozur və ona azad transfer hüququ verir. Elə həmin gün klubun rəsmi facebook səhifəsində də bununla bağlı bəyənat verilmişdi. Mən sənədi "Sumqayıt"ın ofisində səhv etmirəmsə, ayın 14-də vermişəm. Həmin günün səhəri də, şəxsi işlərimlə əlaqədar 1 həftəlik Türkiyəyə yollanmışam. Qayıdandan sonra sırf başqa mövzü ilə bağlı Kamran müəllimlə əlaqə saxladım. Quliyev xahiş etdi ki, Popoviçin transfer vərəqini TFF-dən təcili qəbul etmək üçün TKİ “Linyitspor”la əlaqa saxlayım. Problem bundan sonra üzə çıxdı.Tavşanlı klubunda sənədi bizə yollayan şəxs artıq işləmirdi. Klubun baş meneceri isə belə bir sənəd göndərmədiklərini iddia edirdi. Biz danışıqları sıfırdan başladıq və məsələni dünən yoluna qoyduq. İşin maddi tərəfləri haqda heçnə deyə bilmərəm. Onu izah etmək istədim ki, saxta sənəd məsələsində "Sumqayıt"ın, Popoviçin və mənim heç bir günahım yoxdu".
Bundan başqa qolkiperin meneceri bu problemin Türkiyədən qaynaqlandığını deyir: "Bu problem Türkiyədən qaynaqlanır. Sənədi mənə Gürkan Kartal göndərib. İndi də həmin mail poçtumda olduğu kimi durur. TKİ “Linyitspor” isə iddia etməyə başlayıb ki, guya onların ümumiyyətlə bu adda rəsmi işçisi yoxdu. Mən isə yayda Popoviçin məhs həmin rəsmi şəxsin iştirakı ilə TKİ “Linyitspor” ilə müqaviləsini bağlamışdım. Vəziyyətin kökü qəlizdi. Əsas odu ki, Andreyin işi həll olundu. Növbəti mövsüm o "Sumqayıt"da çıxış edəcək. Yaranmış problemin həllinə isə mən ayrıca çalışacam. TKİ “Linyitspor” əslində həddən artıq həvəskar klubdu. Orada futbolu bilən bir adam olsun belə işləmir”.





