Topaz Premyer Liqasının 19-cu turun baş tutan “Neftçi” – “Simurq” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev maraqlı açıqlaması ilə diqqət çəkmişdi. O, əzəli rəqibi “Xəzər Lənkəran”a ilişmişdi. Hacıyev cənubluların yeni transferi Elias Ribeyro ilə bağlı diqqətçək sözlər deyib: “Xəzər Lənkəran” bir milyonluq transfer edib. Əgər o pulun 500 mini o futbolçuya çatıbsa, mənim atabatama lənət”.

Bu açıqlamaya “ağ yaşıllar”dan cavab gəlib. Komandanın rəisi Səməd Mustafayev Futbolinfo.az-a açıqlamasında bunları deyib: “Biz futbolçu ilə hansı məbləğdə müqavilə imzalamışıqsa, o pul da ona çatacaq. Başqa cür ola da bilməz. Böyükağa Hacıyev nə üçün belə açıqlama verib, bilmirəm. Heç mənim ondan xəbərim də yox idi. İlk dəfə sizdən eşidirəm. Əgər onun bu dediklərinə dair bir sübutu varsa, gətirib ortalığa qoysun”.

Shares: