Topaz Premyer Liqasının 19-cu turunda AZAL üzərində qələbə (2:1) qazanan "İnter" məşqləri davam etdirir. Futbolinfo.az xəbər verir ki, "bankirlər" bu gün səhər məşqə çıxıb.

Belə ki, "təyyarəçilər"lə oyunda iştirak edən futbolçular əsasən trenajorda fiziki çalışmalar edib. Həmin oyunda tər tökməyənlər isə stadionda isinmə hərəkətləri və topla çalışmaları yerinə yetirib.

Qeyd edək ki, Kaxaber Sxadadzenin yetirmələri sabah istirahətə çəkiləcək. Komanda fevralın 5-dən "Rəvan"la oyunun hazırlıqlarını davam etdirəcək.

Shares: