"Xəzər Lənkəran” klubu aparıcı oyunçusu Elnur Abdullayevdən məhrum olub. Futbolinfo.az xəbər verir ki, dünən “Qarabağ”a qarşı oyunda sarı vərəqə alan Elnur cəzalı duruma düşüb.
Qeyd edək ki, bu, Elnurun dördüncü sarı vərəqəsi olub. Abdullayev fevralın 9-da “Neftçi”yə qarşı Lənkəranda keçiriləcək oyunda meydançaya çıxa bilməyəcək.





