Madird “Real"ının ulduzu Kriştianu Ronaldo gələcək karyerası ilə maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Portuqaliya millisinin forvardı gələcəkdə Fransada oynamaq istəyini dilə gətirib:

"Bir gün Fransada yaşaya bilərəm və oradakı komandalardan birində oynayaram. Fransızlar portuqaliyalılara həmişə istiqanlı davranır. Anam Fransada işləyib. Bura həqiqətən sevdiyim bir ölkədi. Hazırda söyləyə biləcəyim tək şey fransız tərəfdarların məni dəstəkləməyə davam etməsidi. Mənim "Real"la 33 yaşıma qədər müqaviləm var. Ümid edirəm ki, o müddət boyunca Madriddə qalaram. Çünki xoşbəxtəm, sonrasına baxarıq".

Shares: