"Barselona"nın lideri Lionel Messi İspaniya mətbuatına özü ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu həyatının ən çətin dönəmini 13 yaşında "Barselona"ya gedərkən keçirdiyini deyib:

"Ailəmi, dostlarımı, hər şeyi Argentinada qoyub, yeni bir həyata başladım. Barselonada tanıdığım bir insan belə yox idi. Amma bundan peşman deyiləm, xəyallarımı gerçəkləşdirdim".

Qeyd edək ki, Messi "Barselona"da peşəkar futbolçu kimi 16 yaşından çıxış edir.

Shares: