“Rəvan”ın yeni transferi Oke Akpovetanın Futbolinfo.az saytına müsahibəsi
– "Bakı" ilə qarşılaşma haqda nə deyə bilərsiz?
– Yaxşı oynamadıq. Böyük hesabla uduzduq. Rəqib daha yaxşı oynadı və əlinə düşən imkanları lazımınca dəyərləndirdi. Komandamız yaxşı hazırlıq keçib. Düşünürəm ki, oyundan oyuna yaxşı olacaq. Əlimizdə imkanlarımız da oldu. Amma biz bunlardan istifadə edə bilmədik. Əgər o imkanlardan yararlana bilsəydik, hesab fərqli olardı.
– İmkanlardan yararlana bilmədik deyirsiz. Buna hücum xəttində olan problemlər səbəb oldu deyə bilərik?
– Deməzdim ki, hücum xəttində çox problem var. Amma o düzdü ki, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Həmçinin komandada yeni oyunçular olanda uyğunlaşma baxımından problem yaşayırlar. Məncə, zamanla hər şey qaydasına düşəcək. Bir az səbr etmək, gözləmək lazımdı.
– Azərbaycan çempionatı haqqında ilkin təəssüratlarınız necədi?
– İlkin təəssüratlarım heç də pis deyil. Düşünürəm ki, mənim üçün də burda oynamaq yaxşı olacaq. Məncə, burda futbola diqqət və qayğı çoxdu.
– Rəqib komanda haqqında nə deyərdiz?
– “Bakı” bizim 5:1 hesabı ilə məğlub etdi. Demək ki, çox yaxşı komandadılar. Yaxşı oyun göstərirdilər. Heyətlərində yüksək fərdi keyfiyyətlərə malik yaxşı futbolçular var.
– Hava şəraiti problem oldu?
– Mənim üçün bu yenilikdi. İlk dəfədi ki, belə hava şəraiti ilə üzləşirəm. İnanıram ki, mənim üçün yaxşı olacaq.
– Növbəti oyunlarda “Rəvan”da qollar vuracağınıza inanırsız?
– Əlbəttə ki. Mən bunun üçün buraya gəlmişəm.
ELSEVƏR





