İngiltərənin “Mançester Yunayted” klubunun forvardı ilyarım öncə ayrıldığı “Emireyts”ə geri dönə bilər. Futbolinfo.az xəbər verir ki, holland qolçu Aleks Ferqyussonun baş məşqçilikdən gedişindən sonra Mançesterdə xəşbəxt deyil.

İngiltərə mətbuatı onun yenidən Londona qayıtmaq arzusunda olduğunu bildirib. Onun bu qərara gəlməsində baş məqşçi Devid Moyeslə münasibətlərinin pis olması da böyük rol oynayıb. Əgər işlər belə davam etsə, Van Persi yayda mankunyanları tərk edəcək.

Onun transfer dəyərinin 15 milyon funt olduğu bildirilir.

Shares: