Fevralın 1-də Məşhur ispan məşqçi Luis Araqonesin xatirəsi əbədiləşdiriləcək. Futbolinfo.az xəbər verir ki, 75 yaşında dünyasını dəyişən mütəxəssisin adı Madrid şəhərinin küçələrindən birinə veriləcək.

Bu barədə Madrid Bələdiyyə başçısı Ana Botella açıqlamasında deyib. Araqones 1964-1974-cü illərdə “Atletiko”da oynayıb. Daha sonra 15 il bu komandanın baş məşqçisi olub.

Shares: