Bu gün əvəzedici heyətlərin ölkə birinciliyində 19-cu turun təxirə salınmış oyunu baş tutub. Futbolinfo.az xəbər verir ki, "Simurq" səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Oyuna yaxşı başlayan zaqatalalılar hakimin start fitindən 4 dəqiqə sonra Vasif Mehrəliyevin avtoqolu sayəsində önə keçib. Matçın 20-ci dəqiqəsində Arzuman Nəsibovun vurduğu qol sayəsində Zaqatala təmsilçisi ilk hissəni 2:0 hesabı ilə öndə bitirib. Paytaxt klubunun qolu isə 57-ci dəqiqədə Aqşin Qurbanlıdan gəlib. Matç elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, matç fevralın 1-də baş tutmalı idi. Bakıya yağan qar matçın fevralın 3-nə  təxirə salınmasına səbəb olmuşdu.

Shares: