Azərbaycan I Divizionunda ilk dövrəni lider kimi başa vuran "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Elmin Çobanov klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-ağlar"ın heyətinə keçirilən 15 turun hamısında meydanda olan və azarkeşlər tərəfindən "katyuşa" ləqəbi qazanan Çobanov bunları dilə gətirib:
"İlk dövrədə çətin oyunlarımız oldu. Mənim üçün ən çox yadda qalan Azərbaycan kubokunda "Ağsu" və "Simurq"a qarşı keçirdiyimiz oyunlardı. Həmin görüşlərdə 120 dəqiqə mübarizə apardıq və meydanı qalib tərk etdik. Bu, bizim nə qədər əzmkar olduğumuzun göstəricisidi. I Divizionda asan rəqib yoxdu, sadəcə onlara qarşı ciddi hazırlaşmaq lazımdı. Biz bunu etdik və bəhrəsini də görməkdəyik. İnşallah Premyer Liqaya vəsiqə qazanıb gücümüzü orda göstərərik."
Qeyd edək ki, 21 yaşlı futbolçu Naxçıvan klubunun heyətində 15 turun 10-da 90 dəqiqəni əvəzedilmədən keçirib və 1225 dəqiqə meydanda qalıb. Cari ildə o 4 qola imza atıb ki, onun da 1-i Azərbaycan kubokun 1/16 mərhəsindəki "Ağsu" matçına təsadüf edir.





