İspaniyanın idman nəşrlərindən olan "El Mundo Deportivo" tərəfindən seçilən 2013-ci ilin ən yaxşı idmançılarının mükafatlandırma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, "ən yaxşılar" sırasında "Barselona"nın şərəfini qoruyan Neymar və Xavi Hernandes də yer alıb.
Belə ki, Xavi "Mükəmməl Zəfər" mükafatına sahib çıxıb. Braziliyalı Neymara isə "Beynəlxalq idmançı" mükafatı layiq görülüb. Bundan başqa digər nominasiyalar üzrə də mükafatlar təqdim edilib.
2013-cü ilin "Ən yaxşı kişi idmançı" adını ispan tenisçi Nadal alıb. "Ən yaxşı qadın idmançı" mükafatına isə ispan üzgüçü Mireya Belmonte sahib çıxıb.





