"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis qardaş ölkə mətbuatına xəstəliyə bağlı danışıb:
"Həkim yoxlamasından keçmək üçün İstanbula gəlmişəm. Gəlmişkən, qriplə əlaqədar da müalicə aldım. Türkiyəyə xəstəliyimlə bağlı gəlməyim haqda yayılan xəbərləri görəndə çox gülmüşəm. Səhhətim yaxşıdı".
Qeyd edək ki, Mustafa Dənizli verdiyi açıqlamada bu gün Azərbaycana qayıdacağını bildirib.





